Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.02.2026 17:23

Azərbaycan oxatanları Avropa çempionatında növbəti mərhələyə yüksəliblər

Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçirilən kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri təsnifat mərhələsini uğurla başa vurublar.Məhəmmədəli Əliyev 20-ci yeri tutaraq 1/16 finala yüksəlib. Gənclər kateqoriyasında çıxış edən Fatimə Hüseynli 12-ci olub. Nilufər Ağaməmmədli isə 31-ci sırada qərarlaşıb.