Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.02.2026 17:38

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə BƏƏ İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması, ictimai və heyvan sağlamlığının qorunması, eləcə də sağlamlıq və baytarlıq sertifikatlarının mübadiləsi istiqamətində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.