Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.02.2026 14:18

Azərbaycan və Ukraynanın minatəmizləmə strukturları arasında yeni əməkdaşlıq formatları hazırlanacaq

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov ilə Əməkdaşlıq Memorandumunun praktik icrasının müzakirəsi zamanı humanitar minatəmizləmə, partlayıcı əşyaların zərərsizləşdirilməsi, müasir texnologiyaların tətbiqi və ekspert mübadiləsi məsələləri nəzərdən keçirib.Ukrayna tərəfi Azərbaycana Revival-P minatəmizləmə maşını üçün təşəkkürünü bildirib. Görüşdə əməkdaşlığın genişləndirilməsi, birgə tədris proqramları və ekspert dialoqunun aktivləşdirilməsi üzrə konkret addımlar razılaşdırılıb.Bu əməkdaşlıq regional təhlükəsizlik və beynəlxalq sabitlik baxımından mühüm qiymətləndirilir. Memorandum ötən ilin oktyabrında Tokioda keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans çərçivəsində imzalanıb.