Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.02.2026 10:19

Tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb

Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin məlumatına görə, qabaqcadan əlbir olan qrup qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olub, qayalar ətrafında qazıntı apararaq mədəni sərvətlərə zərər vurub. Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar. Cinayət işi başlanıb, araşdırma davam edir.