Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2026 10:20
Hikmət Hacıyev: Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında diqqətçəkən məqam yaşanıb.İlham Əliyev və Nikol Paşinyanın əl sıxması sülh mesajı kimi qiymətləndirilib.Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" sosial hesabında bildirib ki, bu an təsadüfi deyil və dərin simvolik məna daşıyır.Onun sözlərinə görə, “SÜLH” sözünün fonunda baş verən bu görüntü region üçün yeni mərhələnin rəmzidir. Prezident İlham Əliyev Sülh Şurasının qurucu üzv dövləti kimi təsis iclasında iştirak edib.İclasda Şuranın təsisçi sədri Donald Tramp da Azərbaycan–Ermənistan sülh gündəliyini xüsusi vurğulayıb.
- Baxış: 26
