Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2026 16:14
Sosial şəbəkədə tanış olduqları İran vətəndaşından aldıqları narkotiklə tutuldular
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatla əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar. Onlardan 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 41
