Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.02.2026 10:43
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və İran arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Memorandum Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 17-ci iclasının yekununda qəbul olunub. Toplantıya Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq həmsədrlik ediblər.İclasda nəqliyyat, energetika, su və digər sahələrdə əməkdaşlıq, həmçinin Ağbənd-Kəlalə avtomobil körpüsü və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə layihələr müzakirə olunub.
- Baxış: 18
