Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.02.2026 10:51

Britaniya səfirliyi: Azərbaycan-Ermənistan normallaşması dayanıqlı sülhə aparan yeganə yoldur

Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi dəyişməz olaraq qalır. Rəsmi London Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə aparan yeganə yol kimi dəstəkləyir.Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi bəyanatda qeyd edib ki, nümayəndəlik Əlahəzrət Kral III Çarlzın Hökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xarici siyasət mövqelərini ifadə edir.Böyük Britaniyanın konstitusiya sistemində parlament hökumətdən müstəqil fəaliyyət göstərir və onun müzakirələri rəsmi hökumət mövqeyi sayılmır. Bu səbəbdən səfirlik parlament proseslərinə şərh vermir və sorğuların birbaşa Böyük Britaniya Parlamentinə ünvanlanmasını tövsiyə edir.