Prezident uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəd uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal bacarıqların artırılması və məsuliyyətli onlayn davranışın formalaşdırılmasını nəzərdə tutur.Sərəncama əsasən, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi, hüquqi tənzimləmənin təkmilləşdirilməsi və platformalar üçün yeni öhdəliklərin müəyyənləşdirilməsi istiqamətində normativ sənədlər hazırlanacaq.Həmçinin məktəblərdə mobil cihazlardan istifadə qaydaları müəyyən ediləcək, tədris proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzuları daxil ediləcək, valideyn və müəllimlər üçün maarifləndirmə tədbirləri gücləndiriləcək.
- Baxış: 30
