Bu günə xəbərlərin oxunma sayı: 666
— 02.03.2026 10:12

Azərbaycan Premyer Liqası: “Qarabağ” geridönüş edərək məğlubiyyətdən xilas oldu

Misli Premyer Liqasının XXII turunda "Qarabağ" ilə "Sabah" arasında keçirilən oyun 3:3 hesabı ilə başa çatıb.Matçdan sonra keçirilən mətbuat konfrasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçuların rəqibin gücünü tam qiymətləndirmədiyini bildirib. O, “Sabah”ın son 10 oyunda məğlub olmadığını xatırladaraq, növbəti görüşlərdə daha diqqətli olmağın vacibliyini vurğulayıb.“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas isə karyerasında ilk dəfə komandasının 3:0 hesablı üstünlüyü qoruya bilmədiyini deyib. O, 70-ci dəqiqəyə qədər öndə olduqlarını, lakin son 20 dəqiqədə qələbəni əldən verdiklərini bildirərək nəticəni "acı" adlandırıb.