Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.03.2026 10:15
XİN yaxın Şərqdə eskalasiya ilə bağlı həmkarları ilə danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərqdə artan hərbi eskalasiya ilə bağlı bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı aparıb.Nazir İspaniya, Kanada, İraq, Birləşmiş Ərəb Əmirlikləri Özbəkistan və Oman rəsmiləri ilə bölgədəki gərgin təhlükəsizlik vəziyyətini müzakirə edib.Tərəflər eskalasiyanın qarşısının alınmasının, diplomatik kanalların aktiv saxlanmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini vurğulayıblar.Danışıqlarda, həmçinin zərurət yaranacağı təqdirdə xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Baxış: 37
