Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.03.2026 10:31
Azərbaycan, Latviya və Fransanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Xarici işlər naziri Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje və Fransanın Avropa və xarici işlər naziri Jean-Noël Barrot ilə telefon danışığı aparıb.Danışıqlar zamanı Yaxın Şərqdə artan hərbi eskalasiya və təhlükəsizlik vəziyyəti müzakirə olunub, münaqişələrin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.Latviya və Fransa ilə ikitərəfli münasibətlərin inkişaf perspektivləri də nəzərdən keçirilib. Fransa tərəfi vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
- Baxış: 42
