Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.03.2026 12:13
Ermənistanda ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi Azərbaycanla sülhün açarı hesab edilir
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş fonunda ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi hər iki ölkənin hökumətləri üçün əsas vəzifələrdən biri olaraq qalır.Bu barədə Ermənistanın Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan bildirib.Onun sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasındakı çoxillik münaqişə həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti üçün hələ də son dərəcə həssas olaraq qalır. Bununla belə, ikitərəfli münasibətlərdə artıq mühüm irəliləyiş əldə olunub, xüsusilə də 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitinin uğurlu nəticələrini qeyd edib.
- Baxış: 22
