Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.03.2026 14:17

İsrail ordusu İranın raket anbarlarını məhv etdiyini açıqlayıb

İsrail Müdafiə Ordusu Tehranın mərkəzində yerləşən obyektlərə zərbələrin davam etdiyini açıqlayıb. Hücumlar zamanı İranın raket infrastrukturu hədəf alınıb və bir neçə raket anbarı məhv edilib.İranın ballistik raketləri üçün istifadə olunan yeraltı obyekt, eləcə də hava hədəflərini vurmaq üçün nəzərdə tutulan raket anbarları dağıdılıb. İsrail ordusunun məlumatına görə, hücumlar zamanı Hərbi Hava Qüvvələrinin qırıcısı bir qrup İran hərbçisinin yerini aşkarladıqdan sonra onların hamısını öldürüb.