Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.03.2026 16:13

İranda münaqişə Novruza qədər bitə bilər

İran Silahlı Qüvvələri Baş Komandanının köməkçisi və baş məsləhətçisi Rəhim Səfəvi bildirib ki, İranda davam edən münaqişə martın 21-nə təsadüf edən Novruz bayramına qədər başa çata bilər. Onun sözlərinə görə, ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməz və İran əməliyyatları davam etdirərsə, müharibə uzanmayacaq.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Cavab olaraq İran İsrailə hücum edib və regiondakı bir sıra ölkələrdə yerləşən hədəflərə zərbələr endirib.