Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.03.2026 10:24

Ceyhun Bayramov pakistanlı və isveçrəli həmkarları ilə regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Xarici İşlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə gərginlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Strateji əlaqələr yüksək qiymətləndirilib və gələcək təmaslar planlaşdırılıb.İsveçrə XİN naziri İqnasio Kasis də Ceyhun Bayramova zəng edərək beynəlxalq və regional təhlükəsizlik, Yaxın Şərqdə vəziyyət və İranın dron hücumuna dair həmrəylik ifadə edib. Tərəflər aprel ayında keçiriləcək siyasi məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar.