Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.03.2026 14:13
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıb
Gəncədə polis əvvəllər məhkum olunmuş Xəyal Kazımzadəni tutub. O, iki fərdi yaşayış evindən ümumi dəyəri 7 min 750 manat olan məişət və antik əşyalar, həmçinin 1000 manat pul oğurlamaqda şübhəli bilinir. Digər əməliyyat zamanı isə şəhər ərazisində avtomobillərdən və obyektlərdən oğurluq edən Naib Əliyev saxlanılıb. Onun 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən edilib, üzərindən metamfetamin də aşkarlanıb.Həmçinin evlərdən 3000 manatlıq məişət əşyaları oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılıb. Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 93
