Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.03.2026 10:19

Pakistan Əfqanıstandakı terrorçuların düşərgələrinə zərbələr endirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Qəndəhar vilayətində hərbi mövqelərə zərbələr endirib.Pakistanın informasiya naziri Attaulla Tararın sözlərinə görə, əməliyyat zamanı Taliban və yaraqlı qrupların istifadə etdiyi texniki obyektlər, anbarlar və tunellər məhv edilib. Bildirilib ki, həmin obyektlər Pakistan ərazisinə hücumların hazırlanmasında istifadə olunurdu.Qeyd edək ki, bundan əvvəl Əfqanıstan tərəfi Pakistanın hərbi obyektlərinə dron zərbələri endirdiyini açıqlamışdı. Pakistan isə bütün pilotsuz aparatların zərərsizləşdirildiyini bildirib. Regionda gərginlik davam edir.