Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.03.2026 16:10

Kreml Xameneinin Moskvada müalicə olunması barədə xəbərlərə münasibət bildirməyib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə İranın yeni lideri ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlməsi barədə xəbərlərə münasibət bildirmək istəməyib. "Biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik", - Peskov cavabında bildirib. Qeyd edək ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.