Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.03.2026 16:13
İndiyədək azad edilmiş ərazilərdə 41 yaşayış məntəqəsi istifadəyə verilib
İşğaldan azad edilmiş ərazilərdə bu günədək 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa olunaraq istifadəyə verilib.Bu barədə Azərbaycan Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üzrə Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Xocavənddə keçirilən iclasda məlumat verib.Həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Hazırda dövlət və özəl sektorda çalışanlar, eləcə də təhsil alanlar daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir.Qarşıdakı dövrdə genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.
- Baxış: 57
