Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.04.2026 10:18

Gəncədə dəm qazı bir nəfərin həyatına son qoyub

Gəncədə 1962-ci il təvəllüdlü S. Mehdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib.Qonşular qadından xəbər ala bilmədikləri üçün FHN-in “112” qaynar xəttinə məlumat veriblər. Onun müəllimə olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.