Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.04.2026 17:26

Azərbaycan Basketbol Liqası: "Gəncə" evdə "Ordu" üzərində qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsində növbəti oyun keçirilib.“Gəncə” komandası ikinci qarşılaşmada “Ordu”nu 85:78 hesabı ilə məğlub edib.İlk oyunda “Ordu” qalib gəldiyindən yarımfinala vəsiqə üçün qalib üçüncü matçda müəyyənləşəcək.Günün digər görüşündə isə saat 19:00-da NTD ilə “Neftçi” komandaları üz-üzə gələcək. 1/4 final mərhələsində yarımfinala yüksələn komandalar iki qələbə əsasında müəyyən olunur.