Bölgələrdə ağır yol qəzaları baş verib
Gəncədə Əziz Əliyev küçəsində "BMW" və "Changan" markalı maşınlar tooquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıb.Cəlilabadda "Hyundai" markalı minik avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin Aytel Əbdürrahmanova ölüb. Avtomobildə olan iki azyaşlı uşaq isə xəsarət alıb.Ucarda hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili piyada 2014-cü il təvəllüdlü Sevda Rövşən qızı Kərimlini vuraraq xəstəxanalıq edib.Bakıda Behbudov Cəmil Nurulla oğlunun idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə yolun qarşı tərəfindən gələn Əşrəfzadə Vüqar İlqar oğlunun idarə etdiyi motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb.Faktlar araşdırılır.
- Baxış: 49
