Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.04.2026 10:32

Ölkədə baş verən yol qəzaları nəticəsində ölən və yaralananlar olub

Cəlilabadda 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vuraraq öldürüb. Şamaxıda isə "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə nəticəsində 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova xəsarət alıblar.Faktla bağlı araşdırma aparılır.