Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.05.2026 10:17

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələri genişlənir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyədək 2 mindən çox fərdi yaşayış evi, ictimai və sosial binada ümumi gücü 7 min kilovatdan artıq günəş paneli quraşdırılıb. İşıqlandırma qurğularının təxminən 40 faizi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasında yarımstansiyanın tikintisi başa çatıb və günəş panellərinin quraşdırılmasına başlanılıb. Həmçinin “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının icrası, Kəlbəcərdə isə külək elektrik stansiyası layihəsi üzrə hazırlıq işləri davam edir.