Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.05.2026 12:15

Dələduzluqda ittiham olunan iki şəxs Azərbaycana gətirilir

Baş Prokurorluq dələduzluqda ittiham olunan iki şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edib.Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Şahlar Cabbarov Ukraynada, Türkiyə vətəndaşı Osman Kaya isə Gürcüstanda saxlanılıb. Hər iki şəxs təkrar və külli miqdarda dələduzluqda ittiham olunur. Hazırda onların Azərbaycana gətirilməsi istiqamətində prosedurlar davam etdirilir.