Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.06.2026 11:50

BDYPİ sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi son günlər baş verən ağır qəzalarla bağlı sürücülərə müraciət edib. Siyəzəndə yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində azyaşlı uşaq ölüb, Bərdədə isə sərxoş və sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı həyatını itirib.Qurum bildirib ki, sürət həddinin aşılması, sərxoş halda sükan arxasına əyləşmək və qaydalara laqeyd yanaşmaq faciələrə səbəb olur. Sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırılıb.