Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.06.2026 17:49

PUA ilə ölkəyə gətirilən külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mətanət Qaffarova və Nurlan Gorodalov saxlanılıblar. Nurlan Gorodalovun idarə etdiyi avtomobildən 72 kiloqrama yaxın marixuana və 5 mindən çox metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılanların narkotiklərin paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilərək satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.