Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.06.2026 10:27
Sərnişin kimi istifadə etdiyi avtomobildə narkotik daşıyan şəxs saxlanılıb
Bakının Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.Onun sərnişin qismində olduğu avtomobilə baxış zamanı 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, həmçinin 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı S.Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 68
