Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.06.2026 12:07

Ombudsman: Süni intellekt insan ləyaqətinə hörmət prinsiplərinə uyğun olmalıdır

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bildirib ki, süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır. Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxış edən Səbinə Əliyeva qeyd edib ki, süni intellekt artıq dövlət idarəçiliyi, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mühüm alətə çevrilib. Onun sözlərinə görə, rəqəmsal transformasiya dövründə insan hüquqlarının qorunmasında ombudsman institutlarının rolu daha da artır. Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır və bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.