Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.06.2026 10:38

Dünya çempionatında II turun oyunları keçirilib

A qrupunda ev sahibi Meksika millisi Cənubi Koreya üzərində 1:0 hesablı qələbə qazanıb.B qrupunda Kanada millisi Qətər yığmasını 6:0 hesabı ilə darmadağın edib. Qrupun digər qarşılaşmasında İsveçrə Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub edib.Bu gün ABŞ millisi Avstraliya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 20 iyuna keçən gecə saat 02:00-da Şotlandiya Mərakeşlə qarşılaşacaq. Braziliya yığması saat 04:30-da Haiti seçməsini sınağa çəkəcək. Günün son matçında isə Türkiyə millisi Paraqvayla münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 07:00-da səslənəcək.Dünya çempionatı iyulun 19-da başa çatacaq.