Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.06.2026 12:12

FHN valideynlərə çağırış edib

İyunun 1-dən bu günə qədər qeyri-çimərlik ərazilərdə 12 nəfər bataraq ölüb.Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə edirlər.Nazirlik bildirir ki, bu cür su hövzələri təhlükəli sualtı relyefə, sürətli axına və qeyri-müəyyən dərinliyə malik olduğundan insan həyatı üçün ciddi risk yaradır.Fövqəladə Hallar Nazirliyi əhaliyə, xüsusilə valideynlərə müraciət edərək uşaqları nəzarətsiz buraxmamağa və çimərlik üçün nəzərdə tutulmayan su hövzələrində çimməməyə çağırıb.