Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.06.2026 10:48

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Yevlağın Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirov Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batıb.Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.Faktla bağlı araşdırma aparılır.Fövqəladə Hallar Nazirliyi vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etmələri ilə bağlı növbəti dəfə müraciət edib. Nazirlik bildirir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi şəxslərin qaydalara laqeyd yanaşması faciəli nəticələrə səbəb olur. FHN vətəndaşları qeyri-çimərlik ərazilərdə çimməməyə və xilasedicilərin tələblərinə əməl etməyə çağırıb.