Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.06.2026 10:20
DÇ-2026-nın qrup mərhələsində III tur bu gün başlayacaq
Dünya çempionatında qrup mərhələsinin növbəti oyunlarında Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub edib. Qrupun digər oyununda Kolumbiya Konqo Demokratik Respublikası millisi üzərində 1:0 hesablı qələbə qazanıb.Xorvatiya Panama üzərində 1:0 hesablı qələbəyə sevinib.İngiltərə və Qana milliləri isə qolsuz bərabərə qalıblar. DÇ-2026-nın qrup mərhələsinin III turunda bu gün saat 23:00-da İsveçrə Kanada ilə, Bosniya və Herseqovina isə Qətərlə üz-üzə gələcək. Daha sonra gecə saat 02:00-da Braziliya Şotlandiya ilə, Mərakeş Haiti ilə münasibətlərinə aydınlıq gətirəcək. Saat 05:00-da günün son oyunlarında isə Çexiya Meksika ilə, Cənubi Afrika Respublikası isə Cənubi Koreya ilə qarşılaşacaq.Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.
- Baxış: 45
