Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.06.2026 16:09

Paşinyan internetin Azərbaycan ərazisindən tranzitinin Ermənistana təhlükə yaratmadığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan ərazisindən beynəlxalq internet trafikinin tranziti ölkəsi üçün hər hansı təhlükə yaratmır.Baş nazirin sözlərinə görə, internet trafikinin tranziti Ermənistanı Azərbaycandan asılı vəziyyətə salmır. Ermənistanın tranzit qovşağına çevrilməsi ölkənin iqtisadi və siyasi çəkisinin, eləcə də təhlükəsizlik səviyyəsinin artmasına xidmət edir.Nikol Paşinyan vurğulayıb ki, bu cür layihələrə qarşı çıxanlar Ermənistanın regional kommunikasiyalardan kənarda qalmasını istəyirlər. Qeyd edək ki, iyunun 22-də AzerTelecom⁠ və Telecom Armenia⁠ şirkətləri Azərbaycan üzərindən beynəlxalq internet trafikinin tranziti ilə bağlı ikitərəfli saziş imzalayıblar.