Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.06.2026 17:42

Bəqai: Hörmüzün minalardan təmizlənməsində xarici yardıma ehtiyac yoxdur

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, Hörmüz boğazının minalardan təmizlənməsi üçün xarici yardıma ehtiyac yoxdur. Onun sözlərinə görə, boğazla bağlı məsələlərə kənar müdaxilə yalnız gərginliyi artıracaq və xoş niyyətlərdən irəli gəlmir.Bəqai qeyd edib ki, minalardan təmizlənmə ilə bağlı bütün məsələlər mövcud qarşılıqlı anlaşma memorandumunda əks olunub və bu səbəbdən digər ölkələrin iştirakına zərurət yoxdur.İran rəsmisi, həmçinin ABŞ-ni memorandumun mümkün pozulmasının nəticələri barədə xəbərdar edib. O bildirib ki, Vaşinqtonun razılaşmaları pozacaq hər hansı addımı cavabsız qalmayacaq.İsmayıl Bəqainin sözlərinə görə, İranın hədəflərinə qarşı istənilən təcavüz aktına dərhal və qətiyyətli cavab veriləcək. O əlavə edib ki, belə addımlar memorandumun birinci maddəsinin pozulması hesab olunacaq və təkrarlanacağı təqdirdə prosesin gələcək inkişafını çətinləşdirəcək.