Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.07.2026 16:18

"Gəncə" voleybolçusu ilə müqaviləni yeniləyib

"Gəncə" kolumbiyalı voleybolçusu Melissa Rangel Paez ilə müqaviləni yeniləyib. Azərbaycan Yüksək Liqasının 2025–2026-cı illər mövsümündə "Ən yaxşı orta oyunçu" adına layiq görülən təcrübəli voleybolçu qarşıdakı mövsümdə də Gəncə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.Melissa ötən mövsüm komandanın heyətində bürünc medal qazanmaqla yanaşı, çempionatın rəmzi komandasında da yer alıb.