Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.07.2026 16:20

Səhiyyə Nazirliyi günvurma ilə bağlı xəbərdarlıq edib

Səhiyyə Nazirliyi isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Mütəxəssis Zakir Quliyev bildirib ki, ürək-damar, şəkərli diabet, nevroloji və digər xroniki xəstəlikləri olan şəxslər günəş şüalarının təsirinə daha həssasdırlar. Günvurma zamanı bədən hərarəti 40 dərəcədən yuxarı qalxa, huşun itirilməsi və qıcolmalar baş verə bilər. Mütəxəssis günəşin ən intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada qalmamağı, kifayət qədər maye qəbul etməyi və zərurət olduqda səhər və axşam saatlarında çölə çıxmağı tövsiyə edib.