Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.07.2026 16:21

Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın yeganə təbii ipək istehsalçısı olan "Azəripək" ASC-də olub.Səfər zamanı müəssisənin fəaliyyəti, təbii ipəyin istehsal prosesi və milli ipəkçilik ənənələrinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilərək bildirilib ki, bir əsrdən artıq tarixə malik müəssisə ölkədə ipəkçiliyin inkişafına, regionlarda məşğulluğun artırılmasına və “Made in Azerbaijan” brendinin tanıdılmasına töhfə verir. Leyla Əliyeva barama emalı və toxuculuq sexlərinə, eləcə də Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayı sənətinin yaşadıldığı emalatxanaya baş çəkərək istehsal prosesi ilə tanış olub.