Bu günə xəbərlərin oxunma sayı: 666
— 02.07.2026 12:20

Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda işlərin çoxu yekunlaşıb

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu layihəsi üzrə tikinti işlərinin 86 faizi icra olunub.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, uzunluğu 14,1 kilometr olan yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Layihə çərçivəsində torpaq işləri tam başa çatdırılıb, hazırda yolun asfalt örtüyünün tikintisi davam edir.Yolun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artmasına, həmçinin kənd təsərrüfatı və turizmin inkişafına töhfə verəcək.