Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.09.2026 10:23

“Gəncəbasar” mövsümə qələbə ilə başlayıb

Futbol üzrə I Liqada ilk turun oyunları çərçivəsində "Gəncəbasar" səfərdə Xaçmazın "Şimal" klubu ilə qarşılaşıb. Maraqlı mübarizəyə səhnə olan meydandan Gəncə təmsilçisi 2:1 hesablı qələbə ilə ayrılıb. Qonaqların qollarını kamerunlu hücumçu Dileyn Açimi vurub. "Gəncəbasar" növbəti oyununu doğma şəhərdə keçirəcək. Komanda sentyabrın 10-da Gəncə stadionunda "Xankəndi"ni qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.