Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.09.2026 10:26

Ağdamda traktor minaya düşüb

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndində mina partlayışı baş verib.ANAMA-nın məlumatına görə, 1972-ci il təvəllüdlü Elmdar Sarıyevin idarə etdiyi traktor minalardan təmizlənməmiş ərazidə minaya düşüb. Nəticədə sürücü xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi olan ərazilərə daxil olmamağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.