Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.09.2026 16:05

"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb

"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb. "Köhlən atlar" Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandıraraq qapıçının transferi ilə bağlı razılıq əldə olunub.2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub.