Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.09.2026 16:06

Xarici diplomatlar Xankəndidə Qarabağ Universiteti və “AzCotton” fabrikində olublar

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ bölgəsinə səfərləri çərçivəsində Xankəndidə olublar.Diplomatlar Qarabağ Universiteti ilə tanış olub, ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat alıblar. Nümayəndə heyəti, həmçinin Xankəndidə fəaliyyət göstərən “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkib. Onlara müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib.Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri iki gün davam edəcək.