Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.09.2026 14:06
Gəncə nümayəndə heyəti Qomeldə “Şəhər Günü” tədbirlərində iştirak edib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov Belarusun Qomel şəhərində səfərdədirlər.Nümayəndə heyəti Qomelin 884-cü ildönümü münasibətilə keçirilən “Şəhər Günü” tədbirlərində iştirak edib. Tədbir çərçivəsində “Əbədi məşəl” qarşısında anım mərasimi keçirilib, Vətən müdafiəçilərinin xatirəsi yad olunub.Qomel rəhbərliyi ilə görüşdə şəhərlər arasında əməkdaşlıqdan danışılıb. Bildirilib ki, Gəncə ilə Qomel arasında qardaşlaşma münasibətləri iki il əvvəl qurulub.Adil Tağıyev Gəncə ilə Qomel arasındakı dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
- Baxış: 46
