Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.09.2026 14:07
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Görüşdə İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın beynəlxalq səviyyədə oynadığı mühüm roldan danışılıb.Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci görüşünün və gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Görüşdə Prezident İlham Əliyevin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü də xatırlanıb. Məhəmməd Əbdülsalam mükafatın sertifikatını dövlət başçısına təqdim edib.
- Baxış: 55
