Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.09.2026 10:17
Prezident İlham Əliyev ona verilən 500 min dollarlıq mükafatı Qarabağ Dirçəliş Fonduna bağışlayıb
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Prezidenti ilə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlət başçısına təqdim edib.Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.Mükafat çərçivəsində dövlət başçısına 500 min ABŞ dolları məbləğində vəsait təqdim olunur. Prezident İlham Əliyev həmin məbləğin tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar qəbul edib.
- Baxış: 27
