Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.09.2026 14:09

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun sayıb

Ermənistan Konstitusiya Məhkəməsi ABŞ-la TRIPP layihəsi üzrə imzalanan strateji əməkdaşlıq sazişini ölkə konstitusiyasına uyğun hesab edib.Bu barədə “Factor” Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.Məhkəmə saziş üzrə öhdəliklərin konstitusiyaya zidd olmadığını bildirib. Qərarın tam mətninin üç gün ərzində açıqlanacağı qeyd olunub.Saziş 2026-cı ildə imzalanıb və Ermənistan hökuməti iyul ayında onun ratifikasiyası prosesinə başlayıb.