Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.10.2026 14:03

Belarus nümayəndə heyəti Ağdamda aqroşəhərciyin tikintisi ilə tanış olub

Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko başda olmaqla nümayəndə heyəti Qarabağa səfər edib. Qonaqlar Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin tikintisi ilə tanış olublar. Nümayəndə heyəti Ağdam Sənaye Parkında, Şuşa şəhərində və Qarabağ Universitetində də olublar. Qeyd edək ki, Qızıl Kəngərli kəndində aqroşəhərciyin 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir.