Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.11.2026 12:05
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib
Zəfər Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil verilib.Mənzillər Bakı, Şirvan, Hacıqabul və Yevlaxda təqdim olunub.Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Vətən müharibəsindəki Zəfərdən sonra mənzillə təminat proqramı 5 dəfə genişləndirilib.Postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə ümumilikdə 7500-dək, indiyədək isə 16 mindən çox mənzil təqdim edilib.
- Baxış: 24
